Nərimanovda 35 yaşlı qadını avtomobil vurub
    • 26-02-2023, 23:52
    • 208

Nərimanovda 35 yaşlı qadını avtomobil vurub

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Quliyeva Kamilə Kamil qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.