Xırdalanda yolun ortasında “ÖLÜM OYUNU” oynayan uşaqlarla bağlı DİN-dən AÇIQLAMA
    • 27-02-2023, 11:23
    • 194

Xırdalanda yolun ortasında “ÖLÜM OYUNU” oynayan uşaqlarla bağlı DİN-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Xırdalan şəhərində yerləşən Riyad Ticarət Mərkəzinin qarşısında 4 uşaq maşınların sürətlə hərəkət etdiyi avtomobil yolunda riskli hərəkət edərək təhlükəli anlar yaşayıblar.

Görüntülərdən də aydın olub ki, uşaqların valideynləri yaxın ərazidə deyil.

Məsələ ilə bağlı News24.az-ın əməkdaşı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sorğu göndərib. Sorğumuzu cavablayan DİN-ın mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev araşdırmanın nəticəsi haqda saytımıza məlumat verib.

Bildirib ki, Abşeron rayon sakini olan 4 azyaşlı gecə saatlarında bir neçə dəfə həmin yolda özlərinin və sürücülərin həyatını təhlükəyə ataraq oyun oynayıb: “Həmin azyaşlılar müəyyən olunub, valideynləri Abşeron Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla izahedici söhbətlər aparılıb, barələrində qanunamüvafiq tədbir görülüb”.