Xırdalanda yolun ortasında uşaqların “ÖLÜM OYUNU” - VİDEO
    • 17-02-2023, 16:49
    • 696

Xırdalanda yolun ortasında uşaqların “ÖLÜM OYUNU” - VİDEO

Bir neçə gün öncə Xırdalan şəhərində yerləşən Riyad Ticarət Mərkəzinin qarşısında 4 qız uşağı şütüyən maşınlar arasında təhlükəli anlar yaşayıblar.

News24.az-ın məlumatına görə, maşınların sürətlə hərəkət etdiyi avtomobil yolunda uşaqlar yolun bir tərəfindən digər tərəfinə hərəkət edərək “ölüm oyunu” oynayıblar. 

Görüntülərdən də aydın olunur ki, uşaqların valideynləri yaxın ərazidə deyillər.

Güman olunur ki, uşaqlar hansısa oyunda və ya filmdə gördükləri səhnəni canlandırıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev saytımıza açıqlamasında təhlükə yayan görüntülərlə bağlı araşdırma aparılacağını bildirib.

Humay İsgəndərova