Bakıda inanılmaz hadisə: Qadın gecə onu güdən qonşusunu bıçaqladı
    • 27-02-2023, 11:36
    • 388

Bakıda inanılmaz hadisə: Qadın gecə onu güdən qonşusunu bıçaqladı

Bakıda qonşuluqda yaşayan həmcinsini bıçaqlayan qadına hökm oxunub.

News24.az-ın əldə ediyi məlumata görə, hadisə iyun ayında gecə saat 23: 15 radələrində Xəzər rayonu Binə qəsəbəsində baş verib. 1979-cu il təvəllüdlü Büllur Səmədova (adlar şərtidir) həmin gün gecə saatlarında evində qonşu kişi ilə görüşüb. Kişi evi tərk edərkən onları qonşuluqdakı digər evdə yaşayan Mariana adlı qadının  güddüyünü görüb. Bu zaman Büllurla Mariana arasında dava düşüb. Büllur evə girib bıçaq götürüb və onu güdən qonşusunu qolundan bıçaqlayıb.

Mariana Mehdiyeva bundan sonra ərazi üzrə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edib. Qonşuluqda yaşayan həmcinsini bıçaqlayan qadına Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə iş açılıb. İş daha sonra Xəzər rayon Məhkəməsinə göndərilib.

Məhkəmə bir neçə gün əvvəl başa çatıb. Büllur Səmədovaya 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Taleh BAĞIROV