-
- 12-12-2022, 14:25
- 2 496
Azərbaycanda 73 yaşlı kişi qonşunu lüt görmək üçün evə girdi - ŞOK HADİSƏNİN DETALLARI
Zaqatala rayonunda qonşu qadını mütəmadi olaraq izləyən və ona əxlaqsız təkliflər edən 73 yaşlı kişi tutulub.
News24.az-ın əldə etiyi məlumata görə, hadisə rayonun Mosul kəndində baş verib. Həmin kənddə yaşayan 1949-cu il təvəllüdlü Cəmaləddin Rəcəbov bu il 23 iyun tarixində saat 22 radələrində qonşuluqda yaşayan Məsudə Xəlilovanın (ad və soyad şərtidir) evinə gizli soxularkən yaxalanıb.
Belə ki, axşam radələrində qadına baxıb həzz almaq məqsədilə növbəti dəfə əxlaq və mənəviyyat normalarına zidd daxil olaraq evə qanunsuz daxil olan 73 yaşlı kişi müqavimətlə üzləşib. M.Xəlilova həyətə çıxaraq qışqırmağa başlayıb. Bundan sonra onun qardaşları və qonşular həyətə yığışıb. 73 yaşlı Cəmaləddin isə qaçaraq öz evinə gedib. Dərhal hadisə yerinə polis əməkdaşları və kənd icra nümayəndəsi dəvət edilib.
Məlum olub ki, Cəmaləddin daha əvvəl də qonşuluqda yaşayan qadına qarşı oxşar hərəkətlər edib. Bundan sonra Həmin şəxsi izahat almaq üçün polis şöbəsinə aparmaq qərarına gəliblər. Onu maşına otuzdurarkən qadının yaxınları şəpiklə C.Rəcəbovun başına vurublar. Bu zaman 73 yaşlı kişi cibində gizlətdiyi bıçağı çıxararaq Məsudənin qardaşını və qardaşı oğlunu bıçaqlayıb.
Baş vermiş hadisədən sonra C.Rəcəbov barəsində 126.2.2 (qəsdən sağlamlığa ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə iş açılıb və o həbs edilib. Cinayət işi baxılmaq üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə dekabrn 5-də hökm elan edib. 73 yaşlı kişiyə 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Taleh BAĞIROV