Donmuş, işləməyən saatlar, köhnə skamyalar, boğazından asılmış oyuncaqlar, sellofana bükülmüş yelləncəklər, bir sözlə qorxulu filmləri xatırladan məkan...
Söhbət Bakıda yerləşən parkdan gedir. Amma bu park insanların dincəlmək üçün üz tutduğu yerlərdən çox fərqlənir.
-
- 27-02-2023, 13:11
- 384
İşləməyən saat, köhnə skamya, boğazından asılmış oyuncaq... - Bakıdakı vahiməli parkdan REPORTAJ
News24.az xəbər verir ki, sfera.az-ın əməkdaşı "Şəhriyar" parkında olub, oradan maraqlı fotoreportaj hazırlayıb.
Gərgin ab-havası olan ərazidə həmsöhbət olmaq üçün kimisə tapmaq da müşkül məsələ idi. Təbii olaraq burada nadir hallarda insanlara rast gəlmək olur. Uzun müddətdir, əraziyə yaxın qalan vətəndaşlardan birindən məlumat almağa çalışdıq.
O bildirdi ki, bu park 1990-cı illərə qədər geniş və gözəl idi:
“Daha sonra bir hissəsində restoran, obyektlər tikdilər, zamanla parkın sahəsi azaldı. Hazırda isə təmirə dayanıb, deyilən görə, bundan sonra yaxşı park olacaq”.
Müsahibimizə parkdakı qorxulu oyuncaqlarla bağlı da sual ünvanladıq, lakin kimin, niyə bu oyuncaqları qəribə formada asdığını bilmədiyini, əksəriyyətin bu barədə məlumatsız olduğunu söylədi. Sözügedən parkdan vahiməli görüntüləri təqdim edirik: