“Cəsədi yorğana bükülü, tərtəmiz halda tapılıb”
    • 27-02-2023, 14:39
    • 141

“Cəsədi yorğana bükülü, tərtəmiz halda tapılıb”

Zəlzələdə həlak olan fenomen Taha Duymazla bağlı yeni fakt üzə çıxıb. 

News24.az xəbər verir ki, bu barədə onun dostu Raqib Narin məlumat yayıb. O bildirib ki, mərhumun anası Meryem xanımla görüşüb. 

“Taha qədər onu da soruşanlar olub. Hazırda yaxşıdır, çünki oğlunun cənnətdə olduğuna əmindir. Bir gənc kimi oranın buradan çox gözəl olduğuna inandırdım. Eyni zamanda Tahanın ən böyük məqsədi səni xoşbəxt görməkdir, dedim.
Bu arada Taha zəlzələ zamanı yuxuda olub. Cəsədi yorğana bükülü halda tapılıb. Nəşi tərtəmiz, heç şişməmiş və qoxusuz olub. Həyatdakı kimi”, - deyə, Raqib vurğulayıb.//olay.az