Günay Musayevadan sevgilisini bıçaqlaması ilə bağlı AÇIQLAMA
    • 22-05-2019, 15:41
    • 1 038

Günay Musayevadan sevgilisini bıçaqlaması ilə bağlı AÇIQLAMA

Ötən gün Türkiyə mediasında azərbaycanlı model Günay Musayevanın sevgilisi Taha Tatlıcını bıçaqlaması ilə bağlı xəbərlər yayılıb. 

News24.az xəbər verir ki, məlumatda cütlüyün mübahisə etdiyi zaman G.Musayevanın bıçaqla sevgilisinə xəsarət yetirdiyi deyilib. Məsələ ilə bağlı açıqlama verən model deyilənləri təkzib edib: "Sevgilim Taha Tatlıcıya bıçaqla hücum etməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu xəbər həm mənə həm də Taha Tatlıcıya qarşı ən ağır ittihamdır. Taha ilə aramızda baş verən sadə mübahisə qonşuların şikayəti ilə polis bölməsinə qədər uzandı. Daha sonra isə onlardan düzgün anlamadıqları məsələ ilə bağlı səhvlərini düzltmələri xahiş edilib. Cütlük olaraq aramızda heç bir problemin olmadığı kimi, münasibətimiz də davam edir. Gündəmi bundan artıq zəbt etmək istəmirik".