Azərbaycan nümayəndəsi İƏT-in Baş katibi ilə görüşüb
    • 23-01-2023, 19:23
    • 267

Azərbaycan nümayəndəsi İƏT-in Baş katibi ilə görüşüb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hiseyn Brahim Taha Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Şahin Abdullayevi qəbul edib.

News24.az xəbər verir ki, görüşdə tərəflər İƏT-lə Azərbaycan arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Onlar İƏT-in gündəmində olan qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Hiseyn Brahim Taha 2021-ci ilin noyabr ayında İƏT-in 12-ci Baş katibi kimi vəzifələrinin icrasına başlayıb.