Bu rayonda qarın hündürlüyü 60 sm-ə çatdı
    • 27-02-2023, 17:18
    • 203

Bu rayonda qarın hündürlüyü 60 sm-ə çatdı

Naxçıvan Muxtar Respublikanın dağlıq ərazilərinə yağan qar son 1 həftədə daha intensiv xarakter alıb.

News24.az xəbər verir ki, muxtar respublikanın dağlıq bölgələrinə qarın yağması nəticəsində Ordubad rayonunun ucqar kəndlərində qarın hündürlüyü 50-60 sm-ə çatıb. Xüsusilə, yağıntı daha çox rayonun Tivi, Nəsrivaz və Bist kəndlərində qeydə alınıb. Yollarda fasiləsiz olaraq qardan təmizləmə işi aparılıb, yaşayış məntəqələrinə gediş-gəlişdə fasilə yaranmayıb.