-
- 28-02-2023, 17:06
- 267
"5 yaşlı uşaq niyə pal-paltarı yığıb evdən getsin?!" - Mehriban Zeynalova
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova 5 yaşlı uşağın qardaşını götürüb evdən qaçmasıyla bağlı paylaşım edib. O, paylaşımda bunları qeyd edib:
"Demək polis iki uşaq gətirib. Uşaqların biri 5-6 yaş, digəri 3-4 yaşında. Polis müəyyən edəndə əllərində paltarları hətta balaca uşağın əmziyi filan. Evlərinin yerini bilmirlər. Polis gətirdi təhvil verdi. Gecə paylaşım etdik ki, bu uşaqları tanıyan varmı? Gecəylə qohumlar, valideynlər tapıldı və gəldilər. Təhvil vermədik ki, araşdırma getsin. Sən demə ananın başı qarışıb paltar yumağa, böyük uşaq, qız yığıb paltarlarını, qardaşının da paltarlarını, əmziyini çıxıb gediblər. Nə isə necə olubsa yolu itiriblər, ya nə polis dərhal müəyyən edib və gətirib sığınacağa. Əslində ilkin qiymətləndirmədə atılmış təsiri bağışlayır. Yəni pal-paltar yanında, əmzikləri filan. Kim düşünər ki, itmiş uşaq pal paltarları ilə küçədə olsun.
İndi səhər gəlmişəm, ata uşağa deyir a bala, sən indidən evdən qaçırsan, böyüyüəndə nə edəcək.... ata əməlli başlı həyacan keçirir. Əslində sən demə ata söz verib gəzməyə aparacağına, etməyib...
Əslində həm gülməlidir, həm də düşündürücü.. 5 yaşlı uşaq niyə pal-paltarı yığıb evdən getsin?1 Ailə zorakı ailə deyil. Sadəcə qıza görə narahatdır ki, bəs bir az böyüsə və belə etsə nə olacaq".