“250 min manat pul mənimsəyib, valideynləri övladlıqdan silib” – Məşhur ipoteka şirkəti ilə bağlı ŞİKAYƏT
    • 1-03-2023, 11:47
    • 486

“250 min manat pul mənimsəyib, valideynləri övladlıqdan silib” – Məşhur ipoteka şirkəti ilə bağlı ŞİKAYƏT

“Evimiz İpoteka” MMC şirkəti ilə bağlı saytımıza şikayət daxil olub.

News24.az xəbər verir ki, şikayətçi Cəlal Şükürovun sözlərinə görə, sözügedən şirkətin rəhbərliyi fırıldaqlıqla məşğuldur.

C.Şükürovun şikayətini olduğu kimi təqdim edirik: “Nişanlıyam, 24 yaşım var. Mənzilə ehtiyacımız olduğu üçün üçün valideynlərimlə birgə “Evimiz İpoteka” MMC şirkətinə üz tutduq. Mənzili anamın adına ipoteka ilə almaq istəyirdik. Çünki müəllimlərə 4 faizlik güzəşt tətbiq olunduğu bildirildi. Anam müəllimdir. Mən öz adıma 8 faizlə ala bilərdim.

Fevral ayının 2-də şirkətin direktoru Əmrahov Ramin Rasim oğlu ilə müqavilə bağladıq. 7 min manat ödəniş etdik. Şirkətin təsiçisi Əmrahov Vüqar Rasim oğludur. Ancaq bütün müqavilələri Ramin adlı şəxs bağlayır.


Qısası, fevralın 18-dən bu günə qədər həmin şəxs zənglərimizə baxmır. Müqavilə bağladığımız yerə də dəfələrlə baxdıq, ancaq heç kimi tapa bilmədik. Valideynlərinin qapısına gedəndə onlar “bizim belə bir övladımız yoxdur” dedilər. Yəni övladları ilə əlaqəni kəsiblər, o dərəcə hörmətini itirib. Sonradan bizə məlum oldu ki, bu şirkət ümumi 30 şikayətçidən təxminən 250 min manata yaxın vəsait mənimsəyib. Bütün aidiyyəti qurumlara müraciət etmişik, cavab gözləyirik”. 

Qarşı tərəfin mövqeyini öyrənmək üçün əlaqə saxlamağa çalışsaq da, bütün zənglərimiz cavabsız qaldı.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır və ictimaiyyətə əlavə məlumat veriləcək.