Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət verəcək
    • 3-03-2023, 01:35
    • 115

Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət verəcək

Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət verəcək.

News24.az xəbər verir ki, bu barədə baş nazir Denis Şmıqal “Al Arabiya”ya müsahibəsində deyib.

Kiyev israr edəcək ki, məhkəmə Moskvanın Ukraynanın enerji və mülki infrastrukturuna hücum etmək üçün istifadə etdiyi pilotsuz təyyarələrin Rusiyaya verilməsi məsələsinə baxsın.

"Biz İranın hərbi cinayətlərin törədilməsində iştirakından narahatıq və Tehranın bu cinayətlərdə iştirakının tanınmasına çalışacağıq", - Şmiqal deyib.