AVRO-2024-də komandaların heyətində dəyişiklik
    • 4-05-2024, 09:38
    • 270

AVRO-2024-də komandaların heyətində dəyişiklik

2024-cü il futbol üzrə Avropa çempionatında (AVRO 2024) mübarizə aparacaq komandaların heyətlərindəki oyunçuların sayı 23-dən 26-ya qaldırılıb.

News24.az xəbər verir ki,UEFA-nın açıqlamasında bildirilir ki, komandaların AVRO-2024-də heyətlərində ola biləcəyi maksimum oyunçu sayının 23-dən 26-ya qaldırılmasına qərar verilib.

Bildirilib ki, komandalar iyunun 7-dək heyət siyahılarını UEFA-ya təqdim etməlidir.

AVRO 2024 14 iyun - 14 iyul tarixlərində Almaniyada keçiriləcək.

Günel Məlikzadə