Ebru və Rza  yenidən üz-üzə! - Qızı üçün hərəkətə keçdi
    • 3-03-2023, 12:06
    • 173

Ebru və Rza yenidən üz-üzə! - Qızı üçün hərəkətə keçdi

Müğənni Ebru Gündeşin 11 illik keçmiş həyat yoldaşı Rza Zərrab ötən il qəyyumluq iddiası qaldıraraq qızları Alara Zərrabın qəyyumluğunun anasından alınaraq ona verilməsini istəyib.

News24.az xəbər verir ki, bu hadisədən sonra 48 yaşlı müğənninin özündən 9 yaş kiçik keçmiş həyat yoldaşını da məhkəməyə verdiyi və övladı ilə şəxsi münasibətinin ləğvi üçün əks iddi qaldırdığı məlum olub.

Ötən gün Beykoz 2-ci Məhkəməsində “qəyyumluğun dəyişdirilməsi” iddiasının yeni iclası keçirilib.

Məxfilik qərarı olan məhkəmə işi may ayına təxirə salınıb. /Haber Global/

Teymur MƏMMƏDOV