İnsanabənzər robotlar özləri-özlərini belə yaratdılar - REAL GÖRÜNTÜLƏR
    • 3-03-2023, 12:55
    • 3 110

İnsanabənzər robotlar özləri-özlərini belə yaratdılar - REAL GÖRÜNTÜLƏR

İnsanabənzər robotlar özlərini yaratmağı öyrəniblər.

News24.az
 xarici KİV-ə istinadən xəbər verir ki, "Tesla" şirkəti iki robotun üçüncü robotu hazırladığı videonu təqdim edib.

Bu kadrları şərh edən "Tesla"-nın yaradıcısı İlon Mask zarafatla bu, hələ parkur hərəkətləri səviyyəsində deyil, amma yaxşı nəticədir. Onun sözlərinə görə, robotlar "Tesla" avtomobillərinin təchiz olunduğu süni intellektlə idarə olunur: ""Bu, avtomobili idarə edən süni intellektdir, avtomobil isə təkərli robotdur. Gördüyünüz ayaqları ilə yeriyən robotdur" - deyə İlon Musk bildirib.

Maskın fikrincə, bir neçə ildən sonra robototexnika "Tesla" üçün avtomobilin yerini tutaraq prioritet ola bilər. Robotların seriya istehsalına bu il başlanacaq. Robota sahib olmaq istəyənlər isə 20 mi dollar ödəyəcək.

Teymur MƏMMƏDOV