“Sabah” “Kəpəz”ə qarşı
    • 4-03-2023, 10:00
    • 145

“Sabah” “Kəpəz”ə qarşı

Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

News24.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

“Səbail” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Son iki pillədə qonşu olan bu autsayder komandaların görüşü böyük maraq doğurur. 

Günün digər matçı isə son turlarda uğursuz çıxışı ilə seçilən “Sabah”la “Kəpəz” arasında baş tutacaq.

Azərbaycan Premyer Liqası
25-ci tur

4 mart
“Səbail” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli.
“ASCO Arena”, 16:00.

“Sabah” – “Kəpəz”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Masazır. “Bank Respublika Arena”, 18:30.