Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü
    • 4-03-2023, 10:15
    • 297

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi “VAZ  2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü Şəhriyar Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ş.Məmmədov Vətən Müharibəsi iştirakçısı olub.