-
- 31-01-2019, 15:27
- 1 199
Ana olmaqdan imtina edən məşhurlar - SİYAHI
"Oskar" əlbəttdəki yaxşıdır, lakin oğullarım ondan da yaxşıdır" - Odri Hepbern
Ana olmaq hər qadının arzusudur. Lakin hansısa səbəbdən özü analıq hissindən məhrum edən və ya səhhətindəki problemlə bağlı valideyn ola bilməyən xanımlar var.
News24.az olaraq ana olmaqdan imtina edən və ola bilməyən məşhurların açıqlamalarını təqdim edirik:
Kemaron Diaz:
“Uşaq 18 il ərzində 24 saatlıq iş deməkdir. Uşaqların xeyri üçün öz öz həyatından imtina etmək deməkdir. Övladımın olmaması professional kariyeramda mənə çox kömək etdi, amma analıqdan imtina etmək elə də asan deyildi. Bu arada onu da qeyd edim ki, bu vaxta qədər məni uşaq doğmağa heç kim məcbur etməyib”.
Opra Uinfri:
“İnanıram ki, uşaqlarım olsaydı mənə nifrət edərdilər. Onlar mənim verilişimə bənzəyən hansısa proqrama çıxıb haqqımda danışardılar. Həm də həyatımda baş verənlər onların ömür boyu əzab çəkmələrinə səbəb olardı”.
Cennifer Eniston:
“Qadının övladının olmamasının onun natamam insan olduğu fikri ilə razılaşmıram. Uşaq doğmaq ana olmaq demək deyil. Çünki başqa uşaqların qeydinə qalmaq da olar. Məni tez-tez eqoistlikdə ittiham edirlər. Çünki uşaq yox, kariyeranı seçdim”.
Kim Ketroll:
“Övladımın olmaması ilə bağlı yaşıdlarımın ittihamlarını və dediklərini eşitməməyə çalışıram. Həqiqət isə bundadır ki, özümü heç vaxt ana olmağa hazır hiss etməmişəm”.
Helen Mirren:
“Təəssüf ki, ana olmaq mənə qismət olmadı. Hər zaman uşaq haqda düşünmüşən və ümid etmişəm ki, övladım dünyaya gələcək. Ümumiyyətlə insanların övladımın olmaması ilə bağlı nə düşündükləri mənə heç vaxt maraqlı olmayıb”.
Rene Zellveger:
“Analıq heç vaxt hədəfim olmayıb. Kiməsə nəyisə sübut etmək üçün övlad dünyaya gətirmək ağlından keçməyib. Həyatı olduğu kimi qəbul edirəm”.
Eşli Cad:
“Bu qədər qayğıya ehtiyacı olan uşaqların var olduğu dünyada öz övladını dünyaya gətirmək eqoistlikdir. İstəyirəm ki, uşaqlar kasıblıq və təcavüzdən uzaq olsun”.
Teymur MƏMMƏDOV