İranda qızların kütləvi zəhərlənmə halları artır
    • 6-03-2023, 10:46
    • 197

İranda qızların kütləvi zəhərlənmə halları artır

İranda kütləvi zəhərlənmə halları davam edir.

News24.az İranın rəsmi agentliyi İRNA-ya istinadla xəbər verir ki, Şimali Xorasan, Fars, Rezevi Xorasan, İsfahan, İlam və Xuzistan əyalətlərində yeni zəhərlənmə halları qeydə alınıb.

Şimali Xorasan Təhsil Baş direktoru Əbulqasım Əkbəri Bocnurd əyalətindəki iki məktəbdən 46 qız şagirdin zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Əkbəri tələbələrin ürəkbulanma, halsızlıq, başgicəllənmə kimi şikayətlərinin olduğunu və vəziyyətlərinin yaxşı olduğunu bildirib.

Şiraz və Servistan şəhərlərində 24 tələbə oxşar simptomlarla xəstəxanaya yerləşdirilib.

Qumral Əliyeva