"Azərbaycanda müəllim dərsə gecikən şagirdə döşəməni sildirdi" - İddia
    • 6-03-2023, 11:13
    • 844

"Azərbaycanda müəllim dərsə gecikən şagirdə döşəməni sildirdi" - İddia

“Mehdiabaddakı 4 saylı orta məktəbdə dərsə gecikən şagirdə cəza olaraq müəllimi məktəbin döşəməsini sildirib. Üstəlik xəbərdarlıq edib ki, növbəti dəfə gecikmə olsa məktəbin tualetini də sildirəcək”.

News24.az xəbər verir ki, bu barədə Elyar İslamoğlu məlumat yayıb.

Onun sözlərinə görə, şagirdin bacısı iddia edir ki, qardaşı döşəməni silərkən müəllimi video da çəkib: “Müəllim iddia edir ki, şagirdləri belə cəzalandırmaq həmin məktəbin daxili qaydalarıdır”.

Qeyd edək ki, məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanladıq.