AMEA: Azərbaycanda ciddi su problemi yaşanır
    • 6-03-2023, 11:43
    • 195

AMEA: Azərbaycanda ciddi su problemi yaşanır

Azərbaycanda ciddi su problemi yaşanır. Bu problem getdikdə daha qlobal hal alır.

News24.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib.

O bildirib ki, 2050-ci ilə qədər çoxsaylı növlərin sıradan çıxacağı gözlənilir:

"Biomüxtəlifliyin qorunması üçün Azərbaycanda və dünyada "Qırmızı Kitab"lar mövcuddur. Bizdəki kitabın ilk nəşri 1989-cu ildə çap olunub. Orada floramız 140 növ, heyvanlar isə 108 növlə xarakterizə olunurdu. 2013-cü ildə çıxarılan ikinci nəşrdə bitki növlərinin sayı 266, heyvan növləri isə 226-yə çatıb. Hazırda "Qırmızı Kitab"ın üçüncü nəşri hazırlanır və bu il dərc olunacaq. Burada isə nəsli kəsilməkdə olan 226 heyvan növünün sayı 241-ə çatıb".