-
- 6-03-2023, 11:59
- 421
Nəzrin Ələsgərovanı vurub öldürən şəxsə bu cəza verildi
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Məktəbəqədər təhsil ixtisasında təhsil alan Nəzrin Ələsgərovanı idarə etdiyi avtomobillə vurub öldürən 1955-ci il təvəllüdlü Yusif Abdullayev məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, ötən il avqustun 9-da idarə etdiyi “VAZ 2109” markalı avtomobillə ağır qəza törədən Maştağa qəsəbəsində ağır qəza törədən şəxs Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.
Sabunçu rayon Məhkəməsinə keçirilən prosesdə Yusif Abdullayev hadisənin ani baş verdiyini deyib və mərhum N.Ələsgərovanın yaxınları ilə barışığa çalışsa da, onların onu bağışlamadığını deyib.
Mərhum N.Ələsgərovanın atası isə hadisə baş verərkən övladının saat 15 radələrində Maştağa qəsəbəsində yerləşən təhsil aldığı 10 nömrəli Musiqi məktəbinə dərsə getdiyini bildirib: “Dərs saatının bitməsinə baxmayaraq Nəzrin evə qayıtmadığı üçün dəfələrlə onun nömrəsinə zəng etdik, lakin cavab vermədi. Həmin gün saat 22 radələrində yenidən Nəzrinə zəng etdiyimiz zaman bir nəfər kişi cavablandıraraq Maştağa qəsəbəsi, Savalan yaşayış massivinə dönən hissədə yol-nəqliyyat hadisəsi baş verdiyini bildirdi. Mən hadisə yerinə çatanda ətrafa çoxlu sayda insanlar toplanmışdı, qızımın cəsədi asfalt örtüyün üzərində qalmışdı. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirdi. Məlum oldu ki, saat 21:50-də Yusif sürdüyü maşınla qızımı vurub. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş edirəm”.
Sabunçu rayon Məhkəməsində keçirilən proses fevralın 20-də başa çatıb. Hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesin yekununda 68 yaşlı sürücüyə 2 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.
Taleh BAĞIROV