Bakıda sürücülük vəsiqəsi olmayan şəxs DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ
    • 9-05-2019, 12:54
    • 2 364

Bakıda sürücülük vəsiqəsi olmayan şəxs DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ

Bakıda ağır yol qəzası törədən şəxs barəsindəki cinayət işi məhkəməyə göndərilib.

News24az-ın məlumatına görə, bir neçə ay öncə sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə Ağakərimov Balasi Ağakıərim oğlunu vurub öldürən Sultanəliyev Kənan Qazıməmməd oğlunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq.

Məlumata görə, B.Ağakərimovu maşınla vurub öldürən Kənanın sürücülük vəsiqəsi olmayıb və buna görə də ibtidai istintaq Cinayət Məcəlləsinin 263-1.3-ci, yəni, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə açılıb.