-
- 9-06-2022, 14:08
- 496
Keçmiş hərbçi nişana gedərkən şairi vurub öldürdü
Ötən ilin 16 dekabr tarixində günorta saatlarında Qazaxın Abbasbəyli kəndində 84 yaşlı Faiq Mərdanovun ölümü ilə nəticlənən ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə “VAZ 2107” markalı avtomobillə qəza törədən Məzəm kənd sakini 1987-ci il təvəllüdlü Elçin Quliyev Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sürücülük hüququ olmayan şəxs tərəfindən pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.
Məlum olub ki, Elçin hərbçi kimi çalışıb və hadisədən 4 ay əvvəl ordu sıralarından təxris olunub. Hadisənin baş verdiyi gün o, həyat yoldaşı ilə birlikdə qardaşına məxsus avtomobillə qohumunun nişanında iştirak etmək üçün onların evinə gedib. Daha sonra onlar qız evinə getmək üçün maşın karvanı ilə Abbasbəyli kəndinə yola düşüblər. Həmin kəndə çatdıqda Elçinin qarşısındakı maşın qəfil əyləci basdığı üçün Elçin sürücülük hüququ olmadan idarə etdiyi maşının idarəetməsini itirib. Nəticədə maşın yolun kənarna çıxaraq orada dayanmış 84 yaşlı Faiq Mərdanovu vurub. Sürücü düşərək yaralı şəxsi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ölən şəxs kənddə tanınmış insan olub və şair kimi kitabları çap edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsi maşınla qocaman şairi vurub öldürən şəxsin 3 il sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və cəzasını məntəqə tipli müəssisədə çəkməsinə hökm edib.