Müşahidə peyki daşıyan raket havada partladıldı
    • 7-03-2023, 10:00
    • 177

Müşahidə peyki daşıyan raket havada partladıldı

Yaponiyada orbitə buraxılan və müşahidə peyki daşıyan yeni tipli H3 raketi ikinci mühərrik işə düşmədiyi üçün partladılıb.

News24.az xəbər verir ki, Yaponiya Kosmik Tədqiqatlar Agentliyi yerli vaxtla saat 10:37-də paytaxtın 1000 kilometr cənubunda yerləşən Taneqaşima Kosmik Mərkəzindən atılan H3 raketinin ikinci pilləli mühərriki  uçuşdan 8 dəqiqə sonra alovlanmayıb. 

Müvafiq olaraq, H3 raketinin yerli vaxtla səhər saat 10:50 radələrində partladılması tapşırılıb.

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya naziri Naqaoka Keiko yaranmış vəziyyətə görə ictimaiyyətdən üzr istəyib.

“İctimaiyyət və maraqlı tərəflərin ümidlərini doğrultmadıq” deyən Naqaoka, problemin səbəblərinin dərhal müəyyən ediləcəyini bildirib.

MHI və JAXA tərəfindən 9 il əvvəl buraxıldığı bilinən H3 raket layihəsinin təxminən 200 milyard yen (1,5 milyard dollar) dəyərində olduğu təxmin edilir. /Haber Global/

Teymur MƏMMƏDOV