Lənkəranda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
    • 2-03-2023, 19:19
    • 235

Lənkəranda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Lənkəran rayonunun Cil kəndində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, “Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində iki sürücü və bir sərnişin xəsarət alıb.

Yaralılar 1980-ci il təvəllüdlü Hüseyn Qəhrəman oğlu Ağayev, 2002-ci il təvəllüdlü Hüseyn Rəis oğlu Mirzəzadə və həmyaşıdı Cəfər Müqabil oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstələrin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.