Yarımtikilidə narkomanın meyiti tapıldı
    • 10-03-2023, 10:53
    • 142

Yarımtikilidə narkomanın meyiti tapıldı

İmişli rayonunda yerləşən yarımtikililərdən birində gənc oğlanın meyiti tapılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 8-də saat 14 radələrində baş verib. Şəhər ərazisində yaşayışın olmadığı tikililərdən birində 1992-ci il təvəllüdlü S.Əkbərovun meyiti tapılıb.

Qeyd edilib ki, S.Əkbərov narkotik vasitə aludəçisi olub. Onun maddənin təsiri səbəbindən ölməsi araşdırılır.

Həmçinin bəlli olub ki, meyiti tapılan şəxs daha əvvəl xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

Taleh Bağırov