20 magistral kanal bərpa ediləcək
    • 10-03-2023, 14:40
    • 315

20 magistral kanal bərpa ediləcək

Dövlət başçısının tapşırığı əsasında 20 magistral kanalın və supaylayıcı şəbəkənin bərpa ediləcək. Burada 9 min kilometr uzunluğunda şəbəkə və kanal nəzərdə tutulub".

News24.az
xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O qeyd edib ki, prosesə start verilib: "Oktyabrda bərpa prosesinin ilkin mərhələsinin yekunlaşması nəzərdə tutulur. Bunun nəticəsində su itkisinin 30 faiz azalması gözlənilir. Digər tərəfdən, əkin sahələrinin 60 faizdən yuxarısı suvarılan sahələrdir. Su itkilərinin çoxu burada formalaşır".

Məhərrəm Əliyev