-
- 10-03-2023, 16:07
- 333
Bakıdakı silahlı insidentin şahidi: “Atəşdən iki dəqiqə sonra bura gəldik”
“Biz atışma səslərinə gəldik. Atəş açanları görmədik, iki nəfər xanım görüb. Onlar da qaçdılar yolun o biri tərəfinə”.
News24.az xəbər verir ki, bu barədə şahid Baku TV-nin hadisə yerinə yollanan müxbirinə açıqlamasında deyib.
Hadisə şahidi bildirib ki, yaralılara ilkin tibbi yardımı onlar göstəriblər:
“Biz atəş səsləri eşitdikdən 1-2 dəqiqə sonra bura gəldik. İki nəfər yaralı var idi. Onların ayaqlarını juqutla bağladıq və təcili tibbi yardıma məlumat verdik. Biri dedi ki, ATU-nun tələbəsidi. O sağ ayağından güllə yarası almışdı. O biri bilmədik kim idi. Tələbə dedi ki, Xırdalanda yaşayır, heç kimlə ədavəti olmayıb”.//oxu.az