İt təyyarənin  təcili enməsinə  səbəb oldu
    • 23-07-2018, 11:37
    • 822

İt təyyarənin təcili enməsinə səbəb oldu

Peterburqdan Moskvaya uçan Boinq-737 təyyarəsi balaca bir itə görə "Şeremetevo” aeroportuna qəza enişi etməli olub.

News24.az xəbər verir ki, təyyarənin kapitanına yük kabinəsinin açılması və orda hansısa qarışıqlığın olması barədə məlumat verilib.

Kapitan dərhal təyyarənin endiriliməsinə əmr verib. Məlum olub ki, yük yerinə qəfəsdə qoyulmuş balaca it, qəfəsdən çıxaraq ətrafı qarışdırmağa başlayıb. İt yük kabinəsinin düyməsini basaraq qapının açılmasına da nail olub. Xoşbəxtlikdən kabinə tam açılmadığı üçün qəza baş  verməyib.

İlhamə