Putin təyyarədə ölənlərin yaxınlarına başsağlığı verib
    • 6-05-2019, 10:47
    • 1 108

Putin təyyarədə ölənlərin yaxınlarına başsağlığı verib

Moskvanın “Şeremetevo” hava limanında baş verimiş təyyarə qəzasında həlak olan sərnişinlərin sayı 41 nəfərə çatıb.  

Rusiya prezidenti Vladimir Putin Şermetyevo hava limanında təyyarə yanğınında ölənlərin ailələrinə başsağlığı verib.
 
News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib: “Prezident qəzada ölənlərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir”.
 
Qeyd edək ki, Moskva-Murmansk istiqamətində uçan təyyarənin qəza enişi nəticəsində yanğın başlayıb və 41 nəfər ölüb. 

Sərnişinlərdən 28 nəfərinin taleyi barədə heç bir açıqlama verilmir. Həlak olan 13 sərnişinin yanmış cəsədləri isə təyyarənin arxa hissəsində - alovun alışdığı salonda aşkarlanıb.