Azərbaycanda çörəyin qiyməti ucuzlaşdı
    • 13-03-2023, 16:29
    • 471

Azərbaycanda çörəyin qiyməti ucuzlaşdı

Bir sıra ticarət obyektlərində satılan çörəyin qiymətində ucuzlaşma müşahidə olunur.

Əvvəllər 70 qəpiyə satılan 620-630 qramlıq Xırdalan zavod çörəyinin qiyməti indi 65 qəpik olub. Satıcılar çörəyin ucuzlaşmasının səbəbini bilmir.

News24.az xəbər verir ki, “Xırdalan Çörək Zavodu”nun Rasim adlı nümayəndəsi teleqraf.com-a açıqlamasında çörəyin strateji məhsul olduğunu bildirib.

“Zavod çörəyə nə qiymət qoyur, nə də onun qiymətini aşağı salır. Bu, dövlət səviyyəsində olan bir şeydir. Biz İqtisadi İnkişaf Nazirliyinin müəyyən etdiyi qiymətlərə riayət etməyə çalışırıq.

Çörəyin çəkisi olduğu kimi qalıb. Şərt unu ucuz almaqda deyil. Məsələ burasındadır ki, dövlətin qoyduğu qanundan kənara çıxmaq mümkün deyil. Hər şey qanun çərçivəsindədir”.

Çörək zavodunun başqa bir əməkdaşı isə çörəyin qiymətinin enməsini dövlət tapşırığı olduğunu deyib: “Marketlər şəbəkəsi müştərilərdən polietilen torbaların pulunu alıb xeyrini götürdüyünə görə dövlət qurumu zavod çörəyinin qiymətini 5 qəpik aşağı salınması şərtini irəli sürüb”.