Tovuzda piyadanı avtomobil vuraraq öldürüb
    • 13-03-2023, 21:55
    • 227

Tovuzda piyadanı avtomobil vuraraq öldürüb

Tovuz şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az-ın məlumatına görə, hadisə Tovuz şəhərində, Mərkəzi Rayon Xəstəxanasının yaxınlığında qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, Tovuz rayon sakini, 1969-cu il təvəllüdlü Camal Məmmədovu avtomobil vurub.

O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.