Yanvar-fevral aylarında 7,7 min şəxsə əlillik təyin olundu
    • 14-03-2023, 10:04
    • 257

Yanvar-fevral aylarında 7,7 min şəxsə əlillik təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-fevral ayları ərzində 7,7 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən News24.az-a bildirilib ki, onlardan 3,7 mininə ilkin, 4 mininə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Həmçinin Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 10,3 min şəxsə reabilitasiya xidməti göstərilib və 2,7 min şəxs 12,6 min reabilitasiya vasitəsi ilə təmin edilib.