Bu universitetin bufetləri BAĞLANIR - YENİLƏNİB
    • 14-03-2023, 14:50
    • 222

Bu universitetin bufetləri BAĞLANIR - YENİLƏNİB

Lənkəran Dövlət Universitetinin tədris korpuslarında fəaliyyət göstərən tələbə kafeləri fəaliyyətlərini dayandırması ilə bağlı xəbərlər kiberhücum nəticəsində yayılıb. 

News24.az
xəbər verir ki, bu barədə Lənkəran Dövlət Universitetinin rəsmi feysbuk səhifəsində məlumat verilib.
 
"Bu gün səhər Qida Təhlükəsizliyi Agentliyinin LDU-nun bufetlərini nöqsanlara görə bağlaması xəbəri LDU-nun səhifəsinin adminləri tərəfindən deyil, kiberhücum nəticəsində yayılaraq ictimaiyyətə ötürülüb". 

***
12:04
Lənkəran Dövlət Universitetinin tədris korpuslarında fəaliyyət göstərən tələbə kafeləri fəaliyyətlərini dayandırır.

News24.az xəbər verir ki, bu barədə Lənkəran Dövlət Universitetinin rəsmi feysbuk səhifəsində məlumat verilib.

Həmin paylaşımı təqdim edirik: 

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Ərazi Bölməsi (QTALb) tərəfindən adı çəkilən kafelərdə bir-birinin ardınca əsassız yoxlamalar aparılması və universiteti guya qida təhlükəsizliyi qaydalarına riayət olunmadığına görə cərimələməsidir. Halbuki, universitet 26.12.2022-ci il tarixli yoxlamanın nəticəsini qərəzli hesab edərək Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və rayon məhkəməsi tətbiq olunan cərimə cəzasını ləğv etmişdir. Qeyd edək ki, Şirvan Apellyasiya Məhkəməsi də Rayon məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Bundan sonra QTALb tərəfindən əsassız və qərəzli yoxlamaların sayı artmış və nəticədə universitet korpuslarda fəaliyyət göstərən kafeləri bağlamaq məcburiyyətində qalmışdır. 

Əlavə olaraq onu da bildirək ki, universitetin tədris korpuslarında fəaliyyət göstərən kafelər fərdi sahibkarla Respublika Əmlak Məsələləri üzrə Dövlət Xidməti arasında bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir. LDU bu məsələdə yalnız vasitəçi kimi çıxış edir".