Rusiya: “Bu xüsusi hərbi əməliyyata təsir etməyəcək
    • 20-05-2024, 16:57
    • 213

Rusiya: “Bu xüsusi hərbi əməliyyata təsir etməyəcək"

Peskov paytaxt Moskvada aktual mövzularla bağlı jurnalistlərə açıqlamalar verib.

Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyət müddətinin başa çatmasının Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatına” təsir edib-etməməsi ilə bağlı sualı cavablandıran Peskov “Xeyr, xüsusi hərbi əməliyyat davam edir” deyib. 

Ukrayna ordusunun Rusiyanın bəzi şəhərlərinə hücumlar təşkil etdiyinə diqqət çəkən Peskov, bu səbəbdən Rusiya ordusunun Ukraynada təhlükəsizlik zonası yaratmağa davam etdiyini bildirib.

Qeyd edək ki, 2019-cu ildə Ukraynada prezident seçkilərində qalib gələn Zelenskinin 5 illik səlahiyyət müddəti bu gündən başa çatır.

Martın 31-də keçirilməsi nəzərdə tutulan prezident seçkiləri Rusiya ilə müharibənin başlamasından sonra 24 fevral 2022-ci ildə elan edilən hərbi vəziyyətin davam etməsi səbəbindən ləğv edilib.

Günel Məlikzadə