İsmayıllıda dəhşətli hadisə - 37 yaşlı qadının meyiti tapıldı
    • 3-11-2022, 15:14
    • 296

İsmayıllıda dəhşətli hadisə - 37 yaşlı qadının meyiti tapıldı

İsmayıllıda 37 yaşlı qadın intihar edib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qurbanəfəndi kəndində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Əhmədova Aysel Ağabəhrəm qızı özünü həyətdəki ağacdan asıb. Onun meyitini dünən saat 12 radələrində ailə üzvləri aşkar ediblər.

A.Əhmədovanın hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.