“Xəstəxanadan görüş ala bilmirəm” deyib tüfənglə ətrafa atəş açıdı
    • 15-03-2023, 09:40
    • 189

“Xəstəxanadan görüş ala bilmirəm” deyib tüfənglə ətrafa atəş açıdı

İzmirin Bayraklı hissəsində yerləşən Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasından görüş ala bilmədiyini iddia edən gənc əlindəki ov tüfəngi ilə ətrafa atəş açıb.

News24.az xəbər verir ki, əlindəki ov tüfəngi ilə atəş açan şəxsi görən vətəndaşlar polisə məlumat veriblər.

Ünvana gələn polis qrupları gənci sakitləşdirməyə çalışıblar. Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasından randevu ala bilmədiyini deyən şəxsin sərxoş olduğu və 18 dəfə havaya atəş açdığı məlum olub. 

Uzun səylər nəticəsində şəxs tüfəngi yerdə qoyaraq polisə təslim olub. /Haber Global/

Teymur MƏMMƏDOV