Şənlik zamanı havaya atəş açan şəxsdən ov tüfəngi götürüldü
    • 6-06-2022, 12:55
    • 333

Şənlik zamanı havaya atəş açan şəxsdən ov tüfəngi götürüldü

Bərdə Rayon Polis Şöbəsinə Mirzəxan kəndi ərazisində keçirilmiş şənlik zamanı havaya 2 dəfə atəş açılması barədə məlumat daxil olub.
 
News24.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Abdullayevin sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilərək saxlanılıb.

Ondan “Sayqa” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.