-
- 15-03-2023, 11:52
- 427
Azərbaycanda xəstə feldşerin vurduğu iynədən öldü
Salyan rayonunda xəstəyə tibbi yardım göstərməyən və onun ölümünə səbəb olan təcili tibbi yardımın feldşeri, 1972-ci il təvəllüdlü Salman Musayev məhkəmə qarşsına çıxarılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham edilən tibb işçisi xəstənin ölümünə görə özünü təqsirli bildiyini deyib.
Araşdrmalar zamanı məlum olub ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında xəstənin qan qusmasından sonra oraya təcili tibbi yardım briqadası çağırılıb. Salman Musayev işlədiyi təcili yardım stansiyasından çıxaraq həmin xəstəxanaya gedib. O, xəstə Anar Vəliyevin koridorda çarpayıda uzanmış olduğunu görüb. Xəstəxanadakı həkimlər ona Anarın öskürəndə ağzından qan gəldiyini desələr də, Salman Musayev çarpayının altındakı ləyənin içərisinin təmiz olduğuna görə xəstənin qan qusması haqda deyilənlərə əhəmiyyət verməyib.
O, xəstəyə 2 ml “ditsinon” iynəsi vurararaq gedib. Xəstəxanada ona xəstənin Mərkəzi Xəstəxanaya köçürülüməsinin vacib olduğunu da bildiriblər. Lakin Salman Muayev buna ehtiyac olmadığını deyib. Təxminən yarım saat sonra xəstənin halı daha da pisləşib və o, təkrar qan qusmağa başlayıb. Az sonra o, vəfat edib.
Sonradan məlum olub ki, xəstə nazik bağırsaq divarının yarasının deşilməsi ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyası səbəbindən vəfat edib. Əgər o, vaxtında profil üzrə ixtisaslı tibbi yardım göstərilməsi üçün hospitalizasiya edilsəydi, həyatda qalması mümkün olardı.
Məhkəmədə S.Musayev vəfat edən xəstəni əvvəldən tanımadığın, onunla heç bir qərəzinin olmadığını deyib. Birinci Qarabağ Müharibəsində iştirak etdiyini deyən tibb işçisi məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.
Salyan rayon Məhkəməsinin hökmü ilə S.Musayev Cinayət Məcəlləsinin 124.1-ci maddəsi üzrə təqsirli bilinib. O, aylıq qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilib.
Taleh BAĞIROV