-
- 8-07-2022, 12:39
- 279
Pasiyentin ölümündə günahlandırılan kardioloqa BƏRAƏT VERİLDİ
Mingəçevirdə təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilən xəstənin ölümünə səbəb olduğu bildirilən həkimə bəraət verilib.
News24.az-ın əldə etdiyi məlumata görə, Mingəçevir şəhərində yerləşən “Şəfa” klinikasının kardioloqu, 1983-cü il təvəllüdlü S.Ağayev barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə açılan işə baxılıb.
Məhkəmədə bildirilib ki, Mingəçevir şəhər xəstəxanasına gətirilən pasiyent Məclum Məmmədov daha sonra “Şəfa” klinikasına aparılıb. Burada həkim S.Ağayev xəstənin ürəyində problemlərin olduğunu bildirib. Burada S.Ağayev xəstə üzərində testlər aparmadan ona tredmil müayinə tətbiq edib. Testin icrasından 6 dəqiqə sonra M.Məmmədovun halı daha da pisləşib və o, vəfat edib.
Məhkəmədə mərhumun ailəsi həkimi bağışladıqlarını, ondan şikayətçi olmadıqlarını bildiriblər.
Təcili tibbi yardımın əməkdaşı da M.Məmmədovun xəstəxanaya daxil olarkən vəziyyətinin ağır olduğunu deyib.
Mingəçevir Şəhər Məhkəməsi həkimin cinayət əməli törətməsinə kifayət qədər sübutların olmadığını bildirib və ona bəraət verib.