Azərbaycanda bu şagirdlər ilkə imza atdılar
    • 15-03-2023, 12:20
    • 173

Azərbaycanda bu şagirdlər ilkə imza atdılar

İlk dəfə olaraq azərbaycanlı iki qız şagird Massaçusets Texnologiya İnstitutuna birbaşa qəbul alıb. 

News24.az xəbər verir ki, onlar Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlıdır. 

Fidan Qarayeva riyaziyyat fənni üzrə, Dəniz Səttarlı isə kimya fənni üzrə dəfələrlə beynəlxalq və respublika olimpiadalarının qalibi olublar.