Nazirdən ilkə imza atan məktəblilərlə bağlı PAYLAŞIM
    • 15-03-2023, 15:05
    • 175

Nazirdən ilkə imza atan məktəblilərlə bağlı PAYLAŞIM

Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında tələbələrlə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Bu gün Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlı ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda riyaziyyat və kimya ixtisasları üzrə bakalavr təhsili almaq fürsəti qazanıblar.

Qeyd edim ki, Fidan Qarayeva və Dəniz Səttarlı dəfələrlə beynəlxalq və respublika fənn olimpiadalarının qalibi olublar.

İlbəil dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunan gənclərimizin sayının artması sevindiricidir, qürurvericidir. Şagirdlərimizi bir daha təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq”. 

Qeyd edək ki, D. Səttarlı və F. Qarayeva MIT-ə Azərbaycandan bakalavr üzrə daxil olan ilk qız məktəblilərdir.