-
- 16-03-2023, 11:30
- 195
Leonardo da Vinçinin anası haqqında şok iddia: Dəfələrlə satılıb
Yeni araşdırma "Mona Liza"nın rəssamı və "İntibah dövrü"nün simvolu Leonardo da Vinçinin yarı italyan olduğunu, anasının isə Qafqazdan İtaliyaya qul kimi gətirildiyini üzə çıxarıb.
News24.az xəbər verir ki, Da Vinçinin anasının uzun müddət Toskana kəndindən olduğu düşünülüb. Lakin Neapol Universitetinin professoru Karlo Vecce həqiqətin daha mürəkkəb olduğunu deyib.
Yeni kitabının təqdimatı zamanı AFP xəbər agentliyinə danışan Vecce “Leonardonun anası Çərkəz qul idi... O, Florensiyaya gəlməmişdən əvvəl Qafqaz dağlarındakı evində yaşayıb. İstanbulda, sonra Venesiyada bir neçə dəfə qul kimi satılıb. Eramızdan əvvəl İtaliya şəhərində gənc notarius Piero da Vinçi ilə görüşüb və övladlarını Leonardo adlandırıblar" deyib.
Onilliklər ərzində da Vinçini tədqiqatını aparan və onun əsərlərini kurasiya edən Veccenin tapıntıları Florensiyanın şəhər arxivlərinə əsaslanır.
Da Vinçi ilə bağlı hər yeni kəşf onu tədqiq edən mütəxəssislər tərəfindən qızğın müzakirə edilir. Lakin Vecce sübutların arxivlərdə olduğunu israrla vurğuıayıb. /Haber Global/
Teymur MƏMMƏDOV