Leonardo da Vinçinin 23 psixologiya qaydası
    • 20-12-2018, 15:50
    • 1 697

Leonardo da Vinçinin 23 psixologiya qaydası

Dünyaca məşhur rəssam, heykəltəraş, memar, riyaziyyatçı Leonardo da Vinçi nəinki incəsənət və elm üçün, hətta psixoligiyaya da öz tövhəsini verib.

News24.az xəbər verir ki, rəssam hazırladığı 23 qaydada psixoloji olaraq, beyni və ruhu boyaların köməkliyi ilə necə təmizləmək lazım olduğunu qeyd edib.

Müasir psixoloqlar Leonardo da Vinçinin sözügedən 23 qaydasının həqiqətən də işə yaradığını bildiriblər.

Sizə kömək edə biləcək qaydaları yayımlayırıq:

Yorulmusan – Çiçək şəkli çək

Əsəbisən – Düz xətt çək

Ağrıyırsan – Plastilindən fiqur düzəlt

Darıxırsan – Vərəqdə rəngarəng fərqli güllər çək

Kədərlisən – Göy qurşağı çək

Qorxursan – Makrame hör və ya parçalardan müxtəlif formalar hazırla

Həyəcan hiss edirsən – Monatka gəlinciyi hazırla

Qəzəblisən – Kağızı kiçik hissələrə cır

Narahatsan – Oriqami hazırla

Gərginsən – Naxış çək

Xatırlamaq lazımdır – Labirint çək

Məyussan – Hansısa şəklin eynisini çək

Ümidini itirmisən – Yol şəkli çək

Nəyisə anlamaq istəyirsən – Mandal formaları çək

Gücünü tez bərpa etmək istəyirsən - Peyzaj çək

Vəziyyəti yadda saxlamaq istəyirsən – rəngli ləkələr çək

Fikirlərini sistemləşdirmək istəyirsən – Kvadrat rəsmi çəkin

Özünü və arzularını aydınlaşdırmaq istəyirsən – Kollaj düzəlt

Fikrini düşüncələrinə cəmləmək istəyirsən – Nöqtələrlə şəkil çək

Vəziyyətdən ən yaxşı çıxış yolu tapmaq istəyirsən – Dalğa və dairə çək

Bir nöqtədə qaldığını və irəliləmək lazım olduğunu düşünürsən – Spiral şəkli çək

Fikrini hədəflərinə cəmləmək istəyirsən – Tor və hədəf lövhəsi çək


Tərcümə edən: Teymur MƏMMƏDOV