-
- 24-01-2019, 15:10
- 2 763
Leonardo da Vinçinin 9 dahiyanə ixtirası - FOTO
Müasirləri Leonardo da Vinçini dahi hesab edirdilər. Onun ixtira və kəşfləri o qədər inqilabi idi ki, hətta bəziləri onu gələcəkdən gəlmiş biri hesab edirdilər. Əslində, burda həqiqət var. Şişirtmədən demək olar ki, bu insan olmasaydı müasir dünyamız tam başqa cür görünərdi.
Vertolyot
Vertolyotun konsepti da Vinçinin ən məşhur ixtiralarındandır. Hətta Sikorskiy (İqor Sikorskiy rus və amerikan təyyarə konstruktoru) özü də etiraf edirdi ki, öz işlərində məhz Leonardo da Vinçinin ideyalarından ilhamlanıb. Lakin müasir alimlər bu mövzuda elə də optimist deyillər. Onlar hesab edirlər ki, da Vinçinin “vertolyotu” uça bilməzdi.
İdeal şəhər
Da Vinçi elə zamanda yaşayırdı ki, İtaliyanın şəhərlərində vəba xəstəliyi yayılmış, küçələri çox çirkli idi. Hətta istənilən an başına hansısa natəmiz bir şey düşə bilərdi. Onun ideal şəhər layihəsinə kanalizasiya və ventilyasiya sistemi daxil idi. O iki yarusdan ibarət idi. Yuxarı hissə piyadalar, aşağı isə yükdaşıma nəqliyyatının hərəkəti üçün nəzərdə tutulmuşdu.
Skafandr
Leonardo da Vinçi dənizə heyran idi. Hələ Qustodan (Jak-İv Qusto: Dünya okeanının fransalı tədqiqatçısı) əvvəl da Vinçi skafandr yaratmaq barədə düşünürdü. Onun sualtı kostyumu dəridən hazırlanmışdı. Kostyumun üz tərəfinə iki ədəd qamış borusu bərkidilirdi. Həmçinin, kostyuma suyun üzərində üzməli olan zəng də əlavə edilmişdi.
Özü hərəkət edən araba
XV əsrin sonlarında belə bir ixtira həqiqətən inqilabi sayılırdı. Taxta araba purjinlərin təkərlərə təsirinin nəticəsində hərəkətə gəlirdi. Müasir zamanda alimlər Leonardo da Vinçinin ixtirasının eynisini yaradıblar. Tədqiqatlar nəticəsində məlum olub ki, araba həqiqətən ixtiraçının nəzərdə tutduğu kimi hərəkət edir.
Qanadlı paraplan
Dahi italyan insanın uça bilməsi ideyası ilə alışıb yanırdı. Həyatı ərzində o, çoxsaylı uçan maşınlar hazırlamışdı. Bu sıraya quşlardakı kimi qanadları olan məşhur paraplan da daxildir.
Geoxronologiya
Leonardo da Vinçi planetimizdə tektonik plitələrin hərəkətini ehtimal edən ilk adamlardan biridir. O, daşlaşmış dəniz ilbizlərinin yaranmasını məhz bu faktla izah edirdi. Lakin onun zamanının adamlarının çoxu, bu tapıntıları sadəcə Böyük Daşqının nəticəsi hesab edirdilər.
Daşınan körpü
Daşınan və fırlana bilən körpü hərbiçilər üçün əla tapıntı idi. O inanılmaz dərəcədə yüngül və eyni zamanda möhkəm idi. Belə bir ixtiranı ordu istənilən yerdə tez bir zamanda qura və sökə bilərdi.
Pulemyot
Leonardo da Vinçi pacifist (müharibə və zorakılıq əleyhdarı) idi, amma bu, ona silahın təkmilləşdirilməsi üzərində çalışmağa mane olmurdu. Məsələn, da Vinçi bir neçə lüləsi olan silah düzəltmişdi.
Ayna - məktub
İndiyə qədər dəqiq məlum deyil ki, alim plaqiatdan qorunmaq üçünmü öz məktubunu bucür şifrələmişdi, yoxsa buna ayrı səbəb var idi? Bəlkə də da Vinçi sadəcə yazını mürəkkəblə ləkələməmək üçün belə etmişdi, çünki o solaxay idi.
Hazırladı: Səməd AĞAYEV