Öpüşün ürək-damar sistemi üçün faydaları
    • 16-03-2023, 13:14
    • 546

Öpüşün ürək-damar sistemi üçün faydaları

Öpüşmək insanın ürək-damar sistemi üçün faydalıdır.

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə həkimlər açıqlama ediblər. Öpüşməyin stressi azaltdığı vurğulanıb. 

“Öpüşmə zamanı insanın nəfəs alması sürətlənir, qan damarları genişlənir. Bu, qan və orqanları oksigenlə daha da zənginləşdirməyə kömək edən bir növ təkandır".

Öpüşmək həmçinin oksitosin, dopamin və endorfin hormonlarının istehsalını aktivləşdirir. Bunlardan birincisi orqanizmdə kortizol səviyyəsini - stress hormonunu azaldır, nəticədə insan sakitləşir və təhlükəsizlik hissi qazanır.

Dopamin həzz, endorfin isə xoşbəxtlik hormonu adlanır. Beləliklə, müntəzəm öpüşmək əsəbiliyi azaltmağa kömək edir və diqqətimizi mənfi emosiyalardan müsbət emosiyalara çevirir.

Teymur MƏMMƏDOV