Suda batmış 61 nəfərin cəsədi tapıldı
    • 17-03-2023, 11:59
    • 126

Suda batmış 61 nəfərin cəsədi tapıldı

Ötən il dalğıc-xilasedicilər tərəfindən çimərlik ərazilərdə batmaq təhlükəsi ilə üzləşən 228 nəfər xilas edilib.

News24.az xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 61 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.