DƏHŞƏT! Aydan Həbibova faciəli şəkildə öldü - VİDEO
    • 13-05-2024, 10:25
    • 270

DƏHŞƏT! Aydan Həbibova faciəli şəkildə öldü - VİDEO

Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

News24.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində minik avtomobili 2006-cı il təvəllüdlü Aydan Həbibovanı vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, Aydan Həbibova Sumqayıt şəhəri Anar Şükürov adına 25 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, ötən ay keçirilən buraxılış imtahanında 227 bal toplayıbmış.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.